İntellektual bilik oyununun seçim mərhələsində Bərdə rayonunun komandası qalib gəlib

İntellektual bilik oyununun seçim mərhələsində Bərdə rayonunun komandası qalib gəlib
17:18 7 Aprel 2015
138 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 7 aprel, AZƏRTAC
Ağcabədi rayon mədəniyyət evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə istedadlı uşaqlar arasında intellektual bilik oyununun regional seçim turu keçirilib.
AZƏRTAC xəvər verir ki, əvvəlcə Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Nur dolu ömür” filmi nümayiş etdirilib.
Çıxış edənlər görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın zəngin və mənalı ömür yolundan, pedaqoji, həkimlik və elmi fəaliyyətindən danışıblar. Bildirilib ki, Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
Seçim turunda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Füzuli, Yevlax, Zərdab rayonlarının komandaları iştirak edib. Hər bir komanda dünya görüşü və intellektual səviyyəsi yüksək olan 6 məktəbli ilə təmsil olunub. Yarışda Bərdə rayonunun komandası qalib gəlib.
Qeyd edək ki, istedadlı uşaqlar arasında intellektual bilik oyununun seçim turları respublikanın 7 regionunda 52 şəhər və rayonun komandalarının iştirakı ilə keçiriləcək. Seçim turlarında qalib gəlmiş komandalar aprelin 28-də Bakı şəhərində təşkil olunacaq final yarışında iştirak edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Intellektual_bilik_oyununun_sechim_merhelesinde_Berde_rayonunun_komandasi_qalib_gelib-844293

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR