Sabah bu ərazilər qazsız qalacaq

Sabah bu ərazilər qazsız qalacaq
17:21 7 Aprel 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

ANS PRESS-in SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam Magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” Qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax Magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara Magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” Qazpaylama stansiyalarında carı təmir işləri aparılacaq.

Təmir müddətində Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndi və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=336440

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR