"Hyundai" kanala düşdü: 3 nəfər xilas edildi

Yevlax rayonunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yevlax rayonunda "Hyundai" markalı minik avtomobili qəza nəticəsində yol kənarındakı kanala düşüb.

Qarabağ Regional Mərkəzin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə köməksiz vəziyyətdə qalmış 3 nəfəri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Bu gün qar yağacaq - Hava proqnozu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR