Cəlilabadda 3 otaqlı tikili yandı

Cəlilabadda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, Cəlilabad rayonunda birmərtəbəli 3 otaqlı köməkçi tikilinin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar 15 m2 sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bu gün qar yağacaq - Hava proqnozu - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR