Qədim oğuz tayfası Çələbilər haqqında kitab

Qədim oğuz tayfası Çələbilər haqqında kitab
16:23 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin dəstəyi ilə Nizami Məmmədzadənin “Çələbilər” kitabı nəşr olunub.
AZƏRTAC xəbər verir ki, kitaba Gürcüstanda yaşayan soydaşımız, filologiya elmləri doktoru Şurəddin Məmmədli “Ön söz” yazıb və Çələbilər qəbiristanlığı haqqında ətraflı məlumat verib.
Müəllif çələbilərə həsr etdiyi poemada 1728-ci ildə Osmanlı dövründə tərtib edilən “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Baydar nahiyəsində iki Çələbi kəndinin olduğu bildirilib. Çələbilər qəbiristanlığı barədə Gürcüstan Mərkəzi Arxivində əhəmiyyətli materiallar var. Məlumata görə, Azərbaycanın bir neçə bölgəsində də Çələbi kəndi var.
Borçalıda mövcud olan Çələbi kəndinin adı digər kəndlər kimi XIX əsrədək bütün tarixi qaynaqlarda çəkilib. Ancaq sonralar hələlik məlum olmayan səbəblərə görə bu kənd xəritədən silinib.
Müəllif Borçalıda 200 ildən 500 ilədək tarixi olan “Çələbilər” qəbiristanlığının tarixinin araşdırılmasının vacibliyi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qedim_oguz_tayfasi_CHelebiler_haqqinda_kitab-844302

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR