Təbii qaz verilən çoxmərtəbəli binaların sayı artır

Təbii qaz verilən çoxmərtəbəli binaların sayı artır
17:48 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

2014-cü ildə 238 çoxmərtəbəli binaya təbii qaz verilib. 2013-cü ildə isə 149 binaya təbii qaz verilmişdi.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, “Azəriqaz” İstehsalat Birliyi 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3485 ailə yaşayır.

2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17 348 ailə yaşayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2351542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR