Güləşçilərimiz yenə birincidir (SİYAHI)

Güləşçilərimiz yenə birincidir (SİYAHI)
16:26 7 Aprel 2015
51 İdman
Ölkə mətbuatı
A- A+

Dünya Güləş Birliyi (UWW - United World Wrestling) 2015-ci il mart ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 güləşçimizin adı daxil edilib.

Azərbaycan Güləş Federasiyasından ANS PRESS-ə bildirilib ki, Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Həsən və Elvin müvafiq olaraq siyahıda 5-ci yerdədir. Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.

59 kq
14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)

66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)
17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)

71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (1)

75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)

80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (1)

85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)

Xatırladaq ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=336433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR