Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib

Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib
17:28 7 Aprel 2015
71 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 7 aprel, Sabir Əliyev, AZƏRTAC
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, “Akademi Group” Xaricdə Təhsil Mərkəzinin təşkilatçılığı ilə aprelin 7-də Gəncədəki “VEQO” otelində Türkiyə universitetlərinin təhsil sərgisi keçirilib.
AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Türkiyənin Gəncədəki Baş Konsulu Orhan İşıq, Gəncədə və Türkiyədə fəaliyyət göstərən universitetlərin rektorları çıxış edərək son illər ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrindən, eləcə də bu əlaqələrin bundan sonra da genişləndirilməsində bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Sonra sərgiyə baxış keçirilib.
Gənclər 20-dən artıq Türkiyə universitetinin təmsil olunduğu sərgidə onları maraqlandıran məsələlərlə bağlı qardaş ölkənin ali məktəb təmsilçilərindən ətraflı məlumat alıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_universitetlerinin_tehsil_sergisi_kechirilib-844303

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR