"İlk günkü sevgimiz qalmayıb"

"İlk günkü sevgimiz qalmayıb"
17:32 7 Aprel 2015
76 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram Teatrının direktoru Ədalət Hacıyevdən danışıb
Axşam.az-ın məlumatına görə, “Düzünü desək” verilişinin qonağı olan müğənni ona olan sevgisindən bəhs edib:
 
“Həyat yoldaşımı ilk baxışdan sevmişəm. Birinci kursda oxuyanda onunla nişanlanmışıq. Universitet illərində məni sevən oğlanlar çox idi. Yağışlı havada belə gəlib universitetin qabağında dayanır, mənim dərsdən çıxmağımı gözləyirdilər. Rəfiqələrim deyirdi ki, heç öz nişanlın səni görməyə gəlmir. Bir insan kiməsə vurulursa, başqalarını görmür.

Üçüncü kursda oxuyanda ailə qurduq. İntuisiyam güclüdür. İlk baxışdan ona qarşı fikrim müsbət oldu: zahiri görünüşünü bəyəndim, ağbəniz idi, atam stilindəydi, ruhlarımızın əkiz olduğunu hiss etdim. Sonra ortaya çıxdı ki, tamam fərqliyik: mən emosionalam, o, sakitdir. 27 ildir ailəliyik, ilk günkü sevgimiz qalmayıb. Zaman keçdikcə sevgi dostluğa çevrilir. O, sənin üçün doğma bir insan olur”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/333291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR