Yeznə-qayın qəza törətdi: 5 yaralı

Yeznə-qayın qəza törətdi: 5 yaralı
17:37 7 Aprel 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Ağsuda iki minik avtomobilinin iştirakı ilə qəza baş verib, xəsarət alanlar var. Hadisə ötən gecə rayonun Çaparlı kəndi yaxınlığında qeydə alınıb. Kanal S (Region TV) xəbər verir ki, hər iki avtomobil tanımmaz hala düşüb, sürücü və sərnişinlər isə yaralanıb.

Ümumilikdə 5 nəfər müxtəlif bədən xəsarətləri ilə Asğu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hadisə şahidlərinin sözlərinə görə, sürücülər qohum olublar. Yeznə-qayın eyni istiqamətdə hərəkətdə olarkən bir anda idarəetməni itirib və nəticədə hər iki avtomobil yolun kənarına yuvarlanıb.

İlkin məlumatlara görə, qəzaya yüksək sürət və ötmə əməliyyatının düzgün aparılmaması səbəb olub. Faktla əlaqədar Ağsu Rayon Polis Şöbəsinin İstintaq Böməsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/333299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR