“Bitcoin” virtual valyutasının əsas himayəçisi iflas olub

“Bitcoin” virtual valyutasının əsas himayəçisi iflas olub
16:41 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Bitcoin” virtual valyutasının standartlaşdırması və irəliləyişi ilə məşğul olan “Bitcoin Foundation” təşkilatı iflas həddindədir, Oliver Cansens təşkilatın rəsmi internet-forumunda məlumat verib. Cansens “Bitcoin Foundation” təşkilatının 2015-ci ilin martında qəbul edilmiş yeni idarə heyətinin üzvüdür.

"ICTnews" elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, "Bitcoin Foundation” faktiki olaraq iflas həddindədir. Bu, son iki ildə nəzarətsiz xərc və düşünülməmiş qərarların nəticəsidir. Hələ ötən ilin noyabrında təşkilatın bütün pul ehtiyatları sərf edilib" – o deyib.

Cansens bildirib ki, bu yaxınlarda təşkilat heyətinin 90 faizini ixtisar edib və “Bitcoin Foundation” təşkilatının icraçı direktoru Patrik Mark iki həftə ərzində öz vəzifəsini tərk edəcək. O əlavə edib ki, Mark standartların hazırlanması üçün yeni təşkilat yaratmağa çalışır, çünki “Bitcoin Foundation” artıq bu prosesi təmin edə bilmir və öz nüfuzunu itirib.

Cansens bildirib ki, standart tərtibatçılarının daxil olacağı yeni fonda bir neçə yüz min dollar məbləğində kömək etməyə hazırdır. Bu pul il ərzində onların maaşlarına sərf ediləcək. Gözləntilərə görə, “Bitcoin” rəqəmli valyutasının inkişafında maraqlı olan insanlar fonda sponsorluq etməyə razılaşacaq. O, həmçinin pulla kömək edən hər bir insana əsas məsələlərin müzakirəsi zamanı səs hüququ verməyi təklif edib.
“Bitcoin” dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Bu səbəbdən rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar anonim olur.

Emil Hüseynov
 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-36062-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR