Buxarestdə “Xəzər-Qara dəniz Forumu-2017” keçirilir

Buxarestdə “Xəzər-Qara dəniz Forumu-2017” keçirilir
12:27 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Buxarest. 22 noyabr. REPORT.AZ/ Bu gün Buxarestdə (Rumıniya) “Enerjidən savayı” mövzusunda “Xəzər-Qara dəniz Forumu-2017” işə başlayb.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, tədbir Rumıniyanın Sənaye və Ticarət Palatasının, eləcə də bu ölkədə akkreditə olunmuş Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan səfirliklərinin təşkilatçılığı ilə keçirilir.
Forumun məqsədi sözügedən ölkələrin iqtisadiyyatına investisiya yatırmaq istəyən Rumıniya şirkətlərinə, yerli iş adamlarına biznes mühiti barədə məlumat verməkdir.
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfirliyinin ölkə iqtisadiyyatı, xarici investorların sərmayə qoya biləcəyi sahələr, biznes imkanları barədə geniş təqdimatı olacaq. Sonda rumın şirkətlərinin nümayəndələrini maraqlandıran suallar cavablandırılacaq.


Xəbərin orijinal ünvanı: https://report.az/biznes/buxarestde-xezer-qara-deniz-forumu-2017-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR