Play Store

Şimali Koreya atəşkəsi pozdu, atəş açıldı - VİDEO / FOTOLAR

Noyabrın 13-də Cənubi Koreyaya keçmək istəyərkən silahdaşları tərəfindən vurulan Şimali Koreya əsgərinin videosu yayılıb.

Metbuat.az xəbər verir ki, sözügedən videoda sərhədə gələn Şimali Koreya əsgərin qaçmağa çalışarkən vurulduğu və Cənubi Koreya əsgərlərinin onu sürüyərək apardığı görülür.

Həmçinin, Şimali Koreya əsgərinin qaçan əsgəri qovarkən iki ölkə arasındakı sərhədi keçməsi də görünür.

Sözügedən əsgərin hadisədən sonra BMT-yə aid vertolyotla Seul yaxınlığındakı Ajou Universitetinin Tibb Mərkəzinə aparıldığı bildirilib.

Vaşinqton rəhbərliyi terrora dəstək verən ölkələr siyahısına əlavə etdiyi Şimali Koreyanı iqtisadi baxımdan təcrid etmək üçün sanksiyalarını genişləndirib.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR