Vahid Əhmədov: "İrana qarşı sanksiyaların ləğvi Azərbaycana dividendlər gətirəcək"

Vahid Əhmədov: "İrana qarşı sanksiyaların ləğvi Azərbaycana dividendlər gətirəcək"
17:42 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Qərbin İrana qarşı sanksiyaları ləğv etməsinin nəticələrindən biri bu ölkənin Transanadolu qaz kəməri (TANAP) və "Nabucco West" (Bolqarıstan bərpa edilməsinə təşəbbüs göstərir) kimi iri enerji layihələrinə qoşulması ola bilər ki, bu da Azərbaycana müəyyən dividendlər gətirəcək".

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan İranın dünya enerji bazarına çıxış əldə etməsindən yalnız qazanacaq: "Bəli, çoxları deyir ki, İran neft və qazının dünya bazarlarına çıxması enerji resurslarının qiymətinin daha da azalmasına gətirib çıxaracaq. Lakin bu, qiymətin azalması üçün əsas amil deyil. Amerika neftinin dünya bazarlarına ixracı qiymətlərə daha çox təsir edə bilər".

V.Əhmədov qeyd edib ki, sanksiyaların ləğv edilməsi ilə İran iqtisadiyyatına investisiya yatırmaq imkanları artır: "İranın xüsusi iqtisadi zonaların yaradılmasında böyük təcrübəsi var. Həmin zonalar Azərbaycanda da yaradıla bilər. İki ölkənin bank sahəsində də əməkdaşlığı genişləndirmək imkanları mövcuddur. Azərbaycan İranda fəal tətbiq edilən faizsiz kreditlərin verilməsi ilə bağlı təcrübəni öyrənə bilər. "Bank Melli Iran"ın Bakıda filialı fəaliyyət göstərir, lakin Azərbaycan bankları bu ölkənin bank bazarında hələ təmsil olunmayıblar".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR