Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur

Karrar-Kürdəmir mənzilində 10 km-lik dəmir yolu əsaslı təmir olunur
13:02 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Karrar-Kürdəmir mənzilində 10 km-lik yolun təmirinə start verilib.
“Report” “Azərbcyan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir ki, 1 həftə davam edəcək təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.
Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, ADY ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 406 km dəmir yolu əsaslı təmir olunub.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/karrar-kurdemir-menzilinde-10-km-lik-demir-yolu-esasli-temir-olunur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR