Pakistanın Baş Qərargah rəisi Azərbaycana səfər edəcək

Pakistanın Baş Qərargah rəisi Azərbaycana səfər edəcək
13:12 22 Noyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək. 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq. 
Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Səfər noyabrın 24-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/herbi/pakistanin-bas-qerargah-reisi-azerbaycana-sefer-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR