Tbilisidə bir terrorçu saxlanılıb

Tbilisidə bir terrorçu saxlanılıb
13:12 22 Noyabr 2017
42 Dünya
Ölkə mətbuatı
A- A+

Tbilisi. 22 noyabr. REPORT.AZ/ Tbilisidə keçirilən antiterror əməliyyatı zamanı təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərməkdə şübbhəli bilinən bir nəfər saxlanılıb.
"Report"un Gürcüstan burosu xəbər verir ki, onun kimliyi və hansı ölkə vətəndaşı olduğu açıqlanmayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı rəsmi məlumata görə, saxlanılan terrorçu xarici ölkə vətəndaşıdır: 
"O, Gürcüstan vətəndaşı deyil. Həmin şəxs xarici terrorçu qruplaşmanın üzvüdür", -deyə məlumatda vurğulanıb.  
Əməliyyat davam edir. 
*** 11:20
Gürcüstan paytaxtı Tbilisinin İsani-Samqori rayonunda ötən gecə saatlarından başlayan antiterror əməliyyatı davam edir.
"Report"un Gürcüstan burosu xəbər verir ki, səhər saat 10 radələrində təhlükəsizlik qüvvələri ilə terrorçular arasında şiddətli atışma olub. 
Nəticədə bir xüsusi təyinatlı yaralanıb. O, təcili xəstəxanaya çatdırılıb.
Hazırda hadisə yerinə zirehli texnika gətirilir.
Ölən və yaralananlar barədə əlavə məlumat verilmir. Əvvəlcə doqquzmərtəbəli binada iki terrorçunun olması barədə xəbər yayılsa da, hadisə yerindən atəş nöqtələrinin çoxluğu səbəbindən indi onların sayının çox olduğu güman olunur. Onlar təhlükəsizlik qüvvələrinin təslim olmaq barədə tələbini yerinə yetirməkdən imtina ediblər. 
Polis terrorçuların zərərsizləşdirilməsi əməliyyatını mərhələli şəkildə həyata keçirir. Hadisə şahidləri və ərazidəki polis əməkdaşları "Report"un yerli bürosuna bildiriblər ki, xüsusi təyinatlılar terrorçuların 9 mərtəbəli binanı partladacığından ehtiyat edir. Odur ki, əməliyyat mərhələli şəkildə davam edir.










Xəbərin orijinal ünvanı: https://report.az/region/tbiliside-bir-terrorcu-saxlanilib-yeni-leni-b-vi-deo

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR