Azərbaycanda partlayış hadisələri 40 faiz artıb

Azərbaycanda partlayış hadisələri 40 faiz artıb
13:12 22 Noyabr 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

2017-ci ilin 9 ayı ərzində Azərbaycan ərazisində 11 611 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 992 hadisə və ya 9% çoxdur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 56 nəfər həlak olub, 257 nəfər xəsarət alıb.

Bu dövrdə nazirliyin xilasediciləri tərəfindən 95 nəfər xilas edilib, 925 nəfər təxliyə olunub.

9 ayda yanğın hadisələri zamanı 39 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər və ya 34%, xəsarət alanlar üzrə 45 nəfər və ya 38% çoxdur.

Respublika ərazisində 59 partlayış hadisəsi baş verib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 17 hadisə və ya 40% çoxdur. Partlayışlar zamanı 13 nəfər həlak olub, 71 nəfər xəsarət alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/601566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR