Play Store

Saad Həriri geri döndü - Livandadır

Səudiyyə Ərəbistanının paytaxtı Riyadda istefa verdiyini açıqlayan Livanın baş naziri Saad Həriri 17 gün sonra Beyruta geri dönüb.

Metbuat.az-ın məlumatına görə, Misir prezidenti Əbdül Fəttah əs-Sisi ilə görüşdən sonra Qahirədə keçirilən mətbuat konfransında çıxış edən Həriri, Beyrutda ölkəsinin Müstəqillik Günü ilə bağlı keçirilən bayram tədbirlərində iştirak edəcəyini bildirib.

Həriri ötən gecə Beyrut Beynəlxalq Hava Limanında təhlükəsizlik qüvvələri tərəfindən qarşılanıb. Həriri bu gün Müstəqillik Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edib.

İstefasının qəbul olunub-olunmayacağı müəyyənləşməyən Həririnin, Livan prezidenti Mişel Auni ilə görüşündən sonra açıqlama verəcəyi gözlənilir. Həriri bu gün bayram tədbirlərindən sonra prezidentlə görüşməyi planlaşdırır. Mişel Aud Həriri ilə üzbəüz görüşməmiş, onun istefasını qəbul etməyəciyini açıqlamışdı.

Qeyd edək ki, baş nazir Saad Həriri noyabrın 4-də Səudiyyə Ərəbistanında istefa verdiyini açıqlayıb. O, hazırda ölkədəki vəziyyətin atasının sui-qəsdə uğradığı günlərin ab-havası ilə eyni olduğunu bildirib. İranı və "Hizbullah"ı kəskin tənqid edən Həriri, rəsmi Tehranı ərəb dövlətlərinin daxili işlərinə müdaxilə etməkdə günahlandırıb. Həriri, özünə qarşı təxribatın hazırlandığını hiss etdiyini də qeyd edib.

Xatırladaq ki, Saad Həririnin atası Refik əl-Həriri 1992-1998 və 2000-2004-cü illərdə Livanın baş naziri olub və istefa verdikdən sonra, 2005-ci il fevralın 14-də sui-qəsd nəticəsində öldürülüb.

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR