Tikrit şəhərində kütləvi məzarlıqlar aşkarlanıb

Tikrit şəhərində kütləvi məzarlıqlar aşkarlanıb
17:48 7 Aprel 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
İraqın şimalında yerləşən Tikrit şəhəri İŞİD yaraqlılarından geri alındıqdan sonra orada kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlarda keçən ilin yay aylarında qruplaşma tərəfindən qətlə yetirilmiş 1700 iraq əsgərinin basdırıldığı ehtimal edilir.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, məzarlıqlar əsasən ABŞ-ın keçmiş Kemp Spiçer hərbi bazasının yaxınlığında tapılıb. Onların bəziləri isə İŞİD-in bazasına çevrilən İraqın keçmiş prezidenti Səddam Hüseynin kompleksində yerləşir.
Qeyd edək ki, Tikritin İŞİD-dən geri alınması üçün martın 2-də başlayan əməliyyatlarda üçdə ikisi şiə könüllülərindən ibarət olan 30 min döyüşçü iştirak edib.
İraq ordusunun bundan sonra ölkənin ikinci ən iri şəhəri olan Mosula hücum edəcəyi gözlənilir. Lakin bu, elə də asan olmayacaq. Belə ki, İŞİD Mosulu İraqdakı əsas gücləndirilmiş bazasına çevirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tikrit_seherinde_kutlevi_mezarliqlar_askarlanib-844311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR