Qaradagdaki avtobus qezasi ile bagli cinayet isi acildi

Qaradagdaki avtobus qezasi ile bagli cinayet isi acildi
16:49 7 Aprel 2015
134 Ölkə
Ölkə mətbuatı
A- A+

Baki seher Bas Polis Idaresi ve Seher Prokurorlugu Qaradag rayonundaki agir yol qezasi ile bagli melumat yayib. Lent.az-a daxil olan melumatda bildirilir:

 

Aprelin 6-da saat 16 radelerinde paytaxtin Qaradag rayonu erazisinde “Daewoo” markali 10-TG-188 dovlet qeydiyyat nisanli avtobusun surucusu Cahid Babayevin idare etmeni itirerek yolu kenarinda dayanmis Zakir Mirzeyevin idare etdiyi “Mersedes-Benz” markali 10-UP-246 dovlet qeydiyyat nisanli, Polad Nuriyevin idare etdiyi “Daewoo” markali 10-TF-967 dovlet qeydiyyat nisanli avtobuslari ve Yunis Kazimovun idare etdiyi “Opel Vectra” markali 99-FK-907 dovlet qeydiyyat nisanli avtomobili vurmasi neticesinde P.Nuriyevin aldigi xesaretlerden xestexanada olmesi, Z.Mirzeyevin, habele avtobusda olan sernisinlerin xesaret almalari faktina gore rayon Polis Idaresinin Istintaq sobesinde Cinayet Mecellesinin 263.2-ci (yol hereketi ve neqliyyat vasitelerinin istismari qaydalarini pozma) maddesi ile cinayet isi baslanib.

 

Aparilan istintaq zamani qeyd olunan yol neqliyyat hadisesinin C.Babayev terefinden toredilmesinde kifayet qeder esasli subheler  oldugundan o, tutularaq istintaqa celb olunub.

 

Hazirda is uzre istintaq tedbirleri davam etdirilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198533

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR