Putindən sərt qərar

Putindən sərt qərar
17:51 7 Aprel 2015
87 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin Fövqəlada Hallar Nazirliyinin (FHN) 22 yüksək çinli məmurunu işdən çıxarıb.

ANS PRESS-in məlumatına görə, işdən çıxarılanların rütbəsi polkovnikdən general-polkovnikə qədər dəyişir.

Onların sırasında Rusiya FHN Moskva baş idarəsinin rəisi Aleksandr Yeliseyev və onun müavini Aleksandr Qavrilov da var.

Bundan başqa, FHN-nin Uzaq Şərq, Şimali Qafqaz, Sibir, Şimali Qərb, Volqoboyu, Ural və Mərkəz regional mərkəzlərinin rəhbərləri də işdən çıxarılıb.

İşdən çıxarılanlar arasında FHN-ni baş hərbi eksperti Eduard Çicikov da var.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336446

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR