Saad Həriri istefa verməkdən imtina etdi

Səudiyyə Ərəbistanında 4 noyabrda istefa verdiyini açıqlayan və bu gün ölkəsinə geri dönən Livanın baş naziri Sadd Həriri fikrini dəyişib.

Metbuat.az-ın Rusiyanın “TASS” informasiya agentliyinə istinadən xəbərinə görə, Həriri istefa verməkdən imtina edib. O, yenidən hökumət başçısı olmaq barədə qərarını prezident sarayında keçirdiyi mətbuat konfransı zamanı deyib.

Həriri, “Bütün siyasi qüvvələri güclü dövlət qurmaq üçün birliyə çağırıram” deyib. O, Livanı ətrafdakı münaqişədən qorumaq üçün prezident Mişel Aun ilə əməkdaşlıq edəcək.

Günay Elşadqızı / METBUAT.AZ

Saad Həriri geri döndü - Livandadır

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR