Azərbaycana qış fəslinin daxil olacağı vaxt - Açıqlandı

Azərbaycana qış fəsli dekabrın 21-i, Bakı vaxtı ilə saat 20:27:54-də daxil olacaq.

Metbuat.az-ın xəbərinə görə, bu barədə AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov məlumat verib.

Onun sözlərinə görə, həmin vaxt ən uzun gecə müşahidə olunacaq: “Bu halda gecənin uzunluğu Azərbaycan ərazisi üçün 14 saat 43 dəqiqə olacaq. Həmin an cənub yarımkürəsində isə ən uzun yay gecəsi olacaq”. //Report

Bu xəbər banka krediti olanlar üçündür - OXUYUN! - Oxumaq üçün tıkla

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR