"Facebook"u geridə qoydu - 523 milyard dollar

Çinin sosial media şirkəti “Tencent” bazar dəyərini artıraraq “Facebook”u geridə qoyub.

Metbuat.az xəbər verir ki, sosial mesajlaşma və mobil ödəmə tətbiqi olan “Wechat” sosial şəbəkəsinin sahibi “Tencent” şirkəti, Honkonqun fond birjalarındakı dəyərini gün ərzində 2.38 faiz artırıb. Bu artımla bazar qiymətini 523 milyard dollara yüksəldən şirkət “Facebook”-u geridə qoyub.

Bununla, “Tencent” şirkəti, “Apple”, “Alphabet”, “Microsoft” və “Amazon”dan sonra dünyanın ən dəyərli 5-ci texnologiya şirkəti adını qazanıb.

Aysel Yaqubqızı / Metbuat.az

WhatsApp-dan - YENİLİK

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR