Bakıda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb, sürücü saxlanılıb

16:52 7 Aprel 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 17:44 ]


Bakı. Hafiz Heydərov – APA. Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğu paytaxtın Qaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı birgə məlumat yayıb.

 

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumatda qeyd olunub ki, aprelin 6-da saat 16 radələrində paytaxtın Qaradağ rayonu ərazisində “Daewoo” markalı 10-TG-188 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Cahid Babayevin idarə etməni itirərək yolu kənarında dayanmış Zakir Mirzəyevin idarə etdiyi “Mersedes-Benz” markalı 10-UP-246 dövlət qeydiyyat nişanlı, Polad Nuriyevin idarə etdiyi “Daewoo” markalı 10-TF-967 dövlət qeydiyyat nişanlı avtobusları və Yunis Kazımovun idarə etdiyi “Opel Vectra” markalı 99-FK-907 dövlət qeydiyyat nişanlı avtomobili vurması nəticəsində P.Nuriyevin aldığı xəsarətlərdən xəstəxanada ölməsi, Z.Mirzəyevin, habelə avtobusda olan sərnişinlərin xəsarət almaları faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

 

Aparılan istintaq zamanı qeyd olunan yol nəqliyyat hadisəsinin C.Babayev tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr olduğundan o, tutularaq istintaqa cəlb olunub.

 

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378758

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR