Play Store

Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO

Bakının Qaradağ rayonunda 10 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının görüntüləri yayılıb.

Hadisə şahidlərinin redaksiyamıza göndərdiyi videoda görünür ki, qəza nəticəsində yaralanan şəxslərə ətrafdakı insanlar ilkin yardım edirlər.

Qeyd edək ki, hadisə Lökbatan qəsəbəsində "Howo" markalı yük maşınının yol kənarında dayanmış 149 saylı marşrut xətti üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində baş verib.

Qəza nəticəsində xəsarət alanların siyahısı:

1953-cü il təvəllüdlü Qəzənfər İbrahimov
1964-cü il təvəllüdlü Rəhim Səlimov
1966-cı il təvəllüdlü Ulduz Sultanova
1970-ci il təvəllüdlü Xuraman Məmmədova
1975-ci il təvəllüdlü Ağayev İlqar
1980-ci il təvəllüdlü Ramiz Məmmədov
1982-ci il təvəllüdlü Aytəkin Məmmədova
1982-ci il təvəllüdlü Vadim Mütəllibov
1983-cü il təvəllüdlü Atayev Elnur
1996-cı il təvəllüdlü Tapdıq İsmayılov

Son iki nəfər tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digər 8 nəfərin vəziyyəti ağırdır və onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.//Baku.ws

Bu xəbər banka krediti olanlar üçündür - OXUYUN! - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR