Play Store

Alman məskənlərinin salınmasının 200 illik yubileyi - Berlində tədbir / FOTOLAR

Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq Klubunda Azərbaycan Respublikasının YUNESKO Üzrə Milli Komissiyasının Katibliyinin dəstəyi ilə ərsəyə gələn, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” adlı kitabının təqdimatı keçirilib.

Azərbaycanın Almaniyadakı səfirliyindən Metbuat.az-a verilən məlumata görə, tədbirdə Almaniya Bundestaqının nümyəndələri, Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Almaniyanın elmi-mədəni, ictimai-siyasi, iqtisadi dairələrinin və KİV-lərinin təmsilçiləri, eləcə də Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi ilə əlaqədar prezident İlham Əliyevin imzaladığı sərəncama müvafiq olaraq Azərbaycan və Almaniyada bir sıra tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, həmçinin bu işdə Berlin Humboldt Universitetində yerləşən “Azərbaycan Tarixi” kafedrasının fəal iştirakını vurğulayıb.

Təqdim olunan kitabın ərsəyə gəlməsi və onun Berlində təqdim edilməsinin Azərbaycan tərəfinin sözügedən yubileylə əlaqədar fəaliyyət proqramının tərkib hissəsi olduğunu deyən Ramin Həsənov o cümlədən cari ilin 23-24 noyabr tarixlərində Parisdə YUNESKO-nun mənzil-qərargahında yubiley tədbirinin keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan-Almaniya münasibətlərinə toxunan səfir 2017-ci ilin həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə səciyyələndiyini bildirib və bu yubiley münasibətilə Səfirliyimizin təşkil etdiyi tədbirlər barədə məlumat verib.

Almaniya Xarici İşlər Nazirliyinin xarici elm, təhsil, tədqiqat və mədəniyyət siyasəti üzrə xüsusi nümayəndəsi, səfir HaydrunTempel çıxış edərək Azərbaycanda alman irsinin qorunub-saxlanması üçün görülən işləri vurğulayıb və bunun iki ölkə arasında münasibətlərin daha da inkişaf etməsi üçün stimul olduğunu bildirib. Alman diplomat Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Azərbaycanda alman məskənləri barədə kitabın dərc edilməsinixalqlarımız arasındakı tarixi bağların ictimaiyyətə çatdırılması baxımından təqdirəlayiq hadisə adlandırıb. HaydrunTempel həmçinin iki ölkə arasında elm, təhsil və mədəniyyət sahəsində sıx əməkdaşlığınmövcud olduğunu, 2017-ci ildə Bakıda nüfuzluQöte İnstitutunun nümayəndəliyinin açılması üçün mühüm addımlar atıldığını qeyd edib.

Azərbaycan Respublikasının YUNESKO Üzrə Milli Komissiyasının Baş Katibi, səfir Elnur Sultanov ölkəmizin YUNESKO ilə uğurlu əməkdaşlığından, beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təşviqi üçün gördüyün işlərdən, bu istiqamətdə həyata keçirilən Bakı Prosesininəhəmiyyətindən danışıb. Elnur Sultanov “Mədəniyyətlərin qarşılıqlı təsirinin fəlsəfəsi və Cənubi Qafqazda alman məskənlərinın salınması” kitabı haqda məlumat verərək, orada Azərbaycanda tarixən alman ailələrinin məskunlaşmasınınölkəmizdə hökm sürən multikulturallıq və dini tolerantlığın bir nümunəsi olaraq araşdırıldığınıvə kitabınmədəniyyətlərarası dialoqun əsaslarının öyrənilməsi üçün yaxşı mənbə olduğunu diqqətə çatdırıb.

Günay Elşadqızı / METBUAT.AZ

NATO-da Türkiyəyə qarşı qısqanc münasibətin səbəbləri... - Politoloqların şərhi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR