Play Store

"Azərbaycan informasiya savaşına da önəm verməlidir" - Əflatun Amaşov

Azərbaycan ordusu regionda ən güclü ordudur. Ancaq reallıq budur ki, əgər biz bir torpaqlarımızı geri almağa cəhd göstərsək, beynəlxalq güclərin təzyiqləri ilə üzləşəcəyik. Bu baxımdan ölkəmizdə Azərbaycan həqiqətlərinin xaricə intensiv çatdırılması üçün xəbər-informasiyaya üstünlük verilən televiziya kanalının fəaliyyətinə ehtiyac var".

Bunu Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Azərbaycan informasiya savaşına da önəm verməlidir. Ə.Amaşov vurğulayıb ki, onlayn mətbuata da bir milyon manat vəsait ayrılarsa, ən az bir aya nəticəsi hiss olunacaq: “Ümumiyyətlə, müharibə şəraitində olan ölkə kimi bizdə informasiya sahəsinə ayrılan vəsait əhəmiyyətli dərəcədə artırılmalıdır”.

Ə.Amaşov çıxışında Tbilisidə Ulu Öndər Heydər Əliyevin adını daşıyan teatr binasının təmiri üçün maliyyə vəsaitinin ayrılması təklifi ilə də çıxış edib. //Trend

Bakıdakı dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR