ABŞ-in Milli İncəsənət Qalereyası sənət əsərlərinin surətini çəkən rəssamlara qapısını açır

ABŞ-in Milli İncəsənət Qalereyası sənət əsərlərinin surətini çəkən rəssamlara qapısını açır
16:58 7 Aprel 2015
90 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
ABŞ-ın Milli İncəsənət Qalereyasında rəssamlara əsrlər əvvəl yaşamış məşhur fırça ustalarının möhtəşəm sənət əsərlərinin surətini çəkməyə şərait yaradılıb.
AZƏRTAC VOA xəbər saytina istinadla xəbər verir ki, rəssamlar həftədə bir dəfə qalereyada işləyə bilərlər. Muzeyə giriş pulsuzdur və ictimaiyyətə daim açıqdır.
Rəssam Pamela Carett qalereyanın onlar üçün yaratdığı bu şəraiti yüksək qiymətləndirərək deyib: “ Mən 6 il İtaliyada yaşamışam. İtaliyanın muzeylərində bu işi görmək qadağan olunub. İncəsənət qalereyasının bizim üçün yaratdığı şərait təqdirəlayiqdir".
Qeyd edək ki, il ərzində 4-5 milyon insanın ziyarət etdiyi Milli İncəsənət Qalereyası 1941-ci ildən fəaliyyət göstərir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_in_Milli_Incesenet_Qalereyasi_senet_eserlerinin_suretini_cheken_ressamlara_qapisini_achir-844313

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR