5 kilometrlik qızıl zəncir nümayiş etdirildi (VİDEO)

5 kilometrlik qızıl zəncir nümayiş etdirildi (VİDEO)
17:56 9 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərində istehsal edilmiş və uzunluğu 5,52 kilometr olan qızıl zəncir nümayiş edilib.

ANS PRESS-in məlumatına görə o, iki gün Dubayın köhnə hissəsindəki qızıl bazarında nümayiş etdirilib. Ginnesin rekordlar kitabına salınmasından sonra zənciri hissələrə bölünüb satılması qərara alınıb.

Zəncirin ağırlığı 256 kiloqram, qiyməti isə altı milyon dollara yaxındır. Zənciri 45 gün ərzində 100 zərgər yığıb. İş vaxtı o, dəfələrlə qırılıb.

Birləşmiş Ərəb Əmirliklərindəki Dubay şəhərinin qızıl bazarı bu məkanın ən qədim bazarlarından biridir. Qızıl-zinət əşyaları almaq üçün dünyanın ən əlverişli yerlərindən biri sayılan bazar Deyradadır. T hərfi formasında olan bazarın 3 girişi var.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318720

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR