Elman Rüstəmov: “Ehtiyatlı davranmalıyıq”

Elman Rüstəmov: “Ehtiyatlı davranmalıyıq”
18:18 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"Bu gün manatın məzənnəsi və onun taleyi hamını maraqlandırır".

Publika.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov parlamentdə büdcə müzakirələri zamanı bildirib.

Baş bankir qeyd edib ki, mövcud büdcə zərfində neftin qiyməti 45 dollar götürülüb:

“Mən dünən də çıxışım zamanı dedim ki, siyasət bir rəqəmli inflyasiya və sabit məzənnə üzərində qurulub. Hesab edirəm ki, biz indi və gələcəkdə neftin qiymətləri ilə ehtiyatlı davranmalıyıq. Neftin qiyməti qalxanda büdcə xərclərini artırmamalı, neftin qiyməti düşəndə isə xərcləri azaltmamalıyıq”.

E.Rüstəmov əlavə edib ki, məzənnə sabitləşdirilib:

“Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq siyasət aparır. İnflyasiya əhalinin gəlirləri üçün əsas problemdir. Bizim başlıca vəzifəmiz inflyasiyanın bir rəqəmli olması, qiymətin sabitliyi olmalıdır. Ölkədə makroiqtisadi sabitliyin əsasları yaradılıb. Ancaq bunun müddəti azdır və üç rübü əhatə edir. Biz rahatlaşmamalıyıq. Hesab edirik ki, qarşıda duran vəzifələrin öhdəsindən gələcəyik. Bunun üçün iqtisadi blokun koordinasiyası, ciddi maliyyə intizamı vacibdir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bank/221715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR