AMB: İlin sonunadək pul kütləsinin artımı gözlənilir

AMB: İlin sonunadək pul kütləsinin artımı gözlənilir
18:22 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ "Bu ilin sonunadək Azərbaycanda pul kütləsinin artmasını gözləyirik".
"Report"un verdiyi xəbərə görə, bunu Mərkəzi Bankın (AMB) sədri Elman Rüstəmov bəyan edib.
Onun sözlərinə görə, pul kütləsi ilin əvvəlindən 11,5% artıb: "Bu gün ərzində də pul kütləsi 0,5% artaraq 12-ə çatıb. İlin əvvəlindən dövriyyəyə təxminənn 1 mlrd. manata yaxın vəsait yönəltmişik. İlk sabitlik rüşeymləri yaranan fevral ayının sonundan isə AMB iqtisadiyyata əlavə olaraq 1,8 mlrd. manat vəsait yönəldib. İlin sonunadək də pyul kütləsinin bir qədər də artmasını gözləyirik”.
E.Rüstəmov bildirib ki, bu gün ölkədə inflyasiya başlıca problemdir: "İnflyasiyanın başlıca aparıcı qüvvəsi məzənnə artıq sabitləşdirilib. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət keçirir". 
"İnflyasiya avtomatik vergi deməkdir. Ona görə də hökumətin başlıca qayğısı inflyasiya olmalıdır", - deyə baş bankir vurğulayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/amb-i-lin-sonunadek-pul-kutlesinin-artimi-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR