​Fransa hökuməti məscidlərin sayının artırılmasını dəstəkləyib

​Fransa hökuməti məscidlərin sayının artırılmasını dəstəkləyib
18:07 7 Aprel 2015
36 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Fransa hökuməti ölkədə məscidlərin sayının artırılması ilə bağlı Fransa İslam Şurasının təklifinə dəstək verib.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət naziri Tierri Mandon bildirib.
"Ölkədəki müsəlmanların bir çoxu hələ də uyğun yerlərdə ibadətlərini yerinə yetirə bilmir. Onların ibadət yerlərinin sayının yetərli olmadığını qəbul etmək lazımdır. İbadət üçün bəzi yerlər uyğun deyil", - o vurğulayıb.
Nazirin sözlərinə görə, ibadət yerlərinin uyğun şəraitdə olmaması radikallaşmanı artıran səbəblərdəndir.
Fransanın Yepiskoplar Birliyi də məscidlərin sayının artırılması ilə bağlı İslam Şurasının tələbinin qanuni olduğu haqda açıqlama verib.
İfrat sağçı Milli Cəbhə Partiyası isə şuranın bu bəyanatına qarşı çıxıb.
Xatırladaq ki, Fransa İslam Şurasının sədri Dalil Əbubəkr ölkədə 2 200-ə yaxın məscidin olduğunu, iki ildə bunların sayının iki dəfə artırılmasını istədiklərini bildirmişdi. Hazırda Fransada 5 milyona yaxın müsəlman var. Onların çoxu Afrika mənşəlidir. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/fransa-hokumeti-mescid

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR