Rusiyada atom sualtı qayıqda yanğın baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə Severodvinskdə yerləşən "Zvezdoçka" gəmi təmiri zavodunda baş verib.
Zavodda təmirə dayanan "Oryol" atom qayığında yanğın olub.
Əraziyə dərhal polis və yanğınsöndürənlər cəlb edilib. Yanğının nədən baş verdiyi açıqlanmır. İlkin versiyalara görə “Oryol” sualtı qayığının nüvə reaktorunda təhlükə olmadığı bildirilir.
Verilən xəbərə görə, təmirdə olan "Oryol" 949A sualtı gəmisinin anbar sektoru yanır. Ərazidə güclü tüstüləmə müşahidə olunur. Mənbə
ANS PRESS