"Portu"nun prezidenti Kuarejma haqda: Qayıdacaq!

"Portu"nun prezidenti Kuarejma haqda: Qayıdacaq!
20:32 22 Noyabr 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

Çempionlar Liqasının qrup oyunu çərçivəsində səfərdə "Beşiktaş"la bərabərə qalan (1:1) "Portu"nun prezidenti Pinto da Kosta Türkiyə klubunda çıxış edən Rikardo Kuarejma ilə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Portuqaliya klubunun prezidenti Kuarejmanın nə vaxtsa "Portu"ya qayıdacağını deyib:

"Kuarejmanın "Portu"ya qayıdacağına şübhə etmirəm. Futbolçu karyerasını bitirdikdən sonra da Portuda yaşayacaq".

Klub prezidenti "Beşiktaş"la oyundan sonra portuqaliyalı futbolçuların - Kuarejma və Pepenin formalarını alıb:

"Portu"dakı dövrlərini xatırlamaq üçün onlardan formalarını aldım. Bir vaxtlar "Portu"da oynamış futbolçuların çoxu ilə dostluq edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/601655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR