Rusiya, İran və Türkiyə bu məsələdə razılığa gəldi

Rusiya, İran və Türkiyə İŞİD də daxil olmaqla terrorla mübarizə mövzusunda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı Soçi görüşünün yekunu olaraq bəyan edib.

"İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı əməkdaşlığı genişləndirmək üçün liderlər hazır olduqlarını təsdiq etdilər".

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran dövlət başçılarının üçtərəfli görüşü keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR