UEFA "Real"ın futbolçusuna qarşı

UEFA "Real"ın futbolçusu Daniel Karvaxala qarşı intizam işi açıb.

Metbuat.az-ın məlumatına görə, ispaniyalı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində APOEL-lə lə oyunda bilərəkdən sarı vərəqə almaqda şübhəli bilinir.

Qeyd edək ki, "Real"ən 6:0 hesabı ilə qalib gəldiyi görüşün 90-cı dəqiqəsində Karvaxal vaxtı uzatdığı üçün sarı vərəqə alıb. Bununla da cəzalı duruma düşən 25 yaşlı müdafiəçi qrup mərhələsinin son turunda "Borussiya" (Dortmund) ilə qarşılaşmanı buraxacaq. Belə olan halda o, 1/8 final mərhələsində iştirak edə biləcək.

UEFA məsələyə dekabrın 7-də baxılacağını açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR