Azərbaycan "premium klass" mühərrik yağlarının istehsalına başlayır

Azərbaycan "premium klass" mühərrik yağlarının istehsalına başlayır
20:52 22 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı"nın rezidenti "Millers Oils Azerbaijan" MMC noyabrın 23-də "premium klass" tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Millers Oils Azerbaijan"ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.

Qeyd edək ki, hazırda "Yüksək Texnologiyalar Parkı" Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/economy/601725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR