Mayaminin suyun altında qalma təhlükəsi var

Cənubi Floridanın böyük bir hissəsi bir neçə ildən sonra su altında qala bilər.

Metbuat.az-ın məlumatına görə, Biskeyn körfəsi sahilində yerləşən Mayami şəhərini su basmasın deyə küçələrin hündürlüyü qaldırılır, nasoslar və digər qurğular yerləşdirilir.

Son illər bölgədə tez-tez fırtınaların baş verməsi bu təhlükəni daha da artırıb.

Mayami şəhərinin ictimai işlər üzrə direktoru Erik Karpenter sakinlərin daşqınların zərərinin azaldılması üçün milyardlarla dollar vəsait sərf etdiklərini deyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR