Zimbabvenin yeni prezidenti cümə günü

Zimbabvenin yeni prezidenti Emerson Mnanqaqva cümə günü and içəcək.

Metbuat.az-ın məlumatına görə, parlamentin spikeri deyib ki, ölkənin uzun müddət lideri olan Robert Muqabenin istefasından sonra bu posta gətirilən Emerson Mnanqaqva cümə günü and içərək vəzifəsinə başlayacaq.

Bəyanat bu gün Mnanqaqvanın ölkəyə qayıtmasından sonra verilib. Sabiq vitse-prezident ölkəni noyabrın 6-da Muqabenin onu vəzifəsindən kənarlaşdırmasından sonra tərk etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR