Aprelin 8-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Aprelin 8-də respublikanın bəzi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq
18:13 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 8-də saat 10-dan 18-dək “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Zirə-3”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə”, “Kətəlparaq” və “Tərtər” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı”, Astara magistral qaz kəmərləri sahəsinin “Cəlilabad”, “Sabirabad”, “Saatlı” və “İmişli” qazpaylama stansiyalarında cari təmir işləri aparılacaq. Təmir müddətində Cəlilabad şəhəri və Uzuntəpə kəndinin, Ağdam rayonunun Kətəlparaq kəndinin və “Dördyol” qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Xəzər rayonunun Zirə kəndinin, Sabirabad, Saatlı, İmişli, Bərdə və Tərtər rayonlarının bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aprelin_8_de_respublikanin_bezi_rayonlarinin_tebii_qaz_techizatinda_mehdudiyyetler_olacaq-844319

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR