Pxenyan Vaşinqtonun addımlarına qəzəbləndi -

ABŞ-ın Koreya Xalq Demokratik Respublikasına qarşı sanksiyaları genişləndirməsi Pxenyanın sərt narazılığına səbəb olub.

Metbuat.az-ın məlumatına görə, Şimali Koreya buna cavab verəcəklərini bəyan edib. Xatırladaq ki, ABŞ-ın Maliyyə Nazirliyinin məlumatına görə, qadağalar 1 Çin vətəndaşı, 13 şirkət və 20 gəmini əhatə edir. Şirkətlərin əksəriyyətinin Çində fəaliyyət göstərməsi diqqət çəkir.

Bildirilib ki, qərar Şimali Koreyanın qanunsuz raket və nüvə proqramına verilən maddi dəstəyi kəsmək məqsədilə qəbul edilib. Xatırladaq ki, 3 gün əvvəl prezident Donald Tramp Şimali Koreyanı terrorçuluğu maliyyələşdirən ölkələr siyahısına daxil edib.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR