1 həftədir xəbər yoxdur -

1 həftə əvvəl yoxa çıxan Argentina Hərbi Donanmasına məxsus sualtı qayığın axtarışları davam edir.

Metbuat.az-ın məlumatına görə, axtarışlara 40-dan çox helikopter, 30-a qədər gəmi və kəşfiyyat təyyarələri cəlb olunub.

Bildirilir ki, bu gün itkin düşən hərbçilər üçün kritik gündür. Çünki sualtı qayıqdakı oksigen qarşıdakı bir neçə saat ərzində tükənəcək.

Qeyd edək ki, göyərtəsində 44 hərbçinin olduğu gəmi sonuncu dəfə Pataqoniya sahillərində olarkən radarlarda görünüb. Sualtı qayığın hansı səbəbdən yoxa çıxdığı məlum deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR