Azərbaycan Hesablama Palatası maliyyə nöqsanları aşkarlanan dövlət qurumlarının siyahısını açıqlayıb

Azərbaycan Hesablama Palatası maliyyə nöqsanları aşkarlanan dövlət qurumlarının siyahısını açıqlayıb
17:17 7 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 18:12 ]

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Hesablama Palatası apardığı yoxlamalar nəticəsində maliyyə nöqsanları aşkarlanan və bununla bağlı tədbirlər görülən dövlət qurumlarının adlarını açıqlayıb.

APA-nın məlumatına görə, Palatanın 2014-cü ildəki fəaliyyətinə dair hesabatında Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət və Turizm, Gənclər və İdman, Səhiyyə nazirliklərində, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, Dövlət Sosial Müdafiə Fondunda, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdə, “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətində və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində müvafiq audit yoxlamaları apararaq, maliyyə nöqsanları aşkarlayıb.

Hər bir audit yoxlamanın nəticələri Milli Məclisə təqdim olunub.

Bununla bağlı qeyd olunan qurumlar üzrə müvafiq tədbirlər görülüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378763

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR