Play Store

Rusiya, İran və Türkiyə liderləri Suriya ilə bağlı bəyanat qəbul ediblər

Rusiya, İran və Türkiyə Suriya üzrə əməkdaşlığın prioritet sahələrini müəyyənləşdirən birgə bəyanat qəbul ediblər.

Metbuat.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib.

”Sənəddə Rusiya, Türkiyə və İran arasında Suriyada gələcək əməkdaşlığın prioritet sahələri müəyyən edilib, qarşıya konkret vəzifələr qoyulub", - deyə Rusiya dövlət başçısı jurnalistlərə bildirib.

V.Putin bildirib ki, dövlət başçıları terrorizmə qarşı birgə mübarizədə əhəmiyyətli uğurların əldə olunmasını qeyd ediblər, İŞİD, “Cəbhət ən-Nüsrə” və digər terror qruplaşmalarının birdəfəlik məhv edilməsi üçün səyləri artırmağa hazır olduqlarını təsdiqləyiblər.

Üç ölkə lideri həmçinin Soçidə Suriya Milli Dialoq Konqresinin keçirilməsinə dair razılığa gəliblər. “Məmnuniyyətlə qeyd edirəm ki, İran və Türkiyə prezidentləri Suriya Milli Dialoq Konqresinin keçirilməsi təşəbbüsünü dəstəkləyiblər”, deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, Suriyanın müxtəlif siyasi partiyaları, etnik və dini qruplarını bir araya gətirmək planlaşdırılır. “Bir daha vurğulamaq istəyirəm - Suriyanın taleyini suriyalılar həll etməlidir. Həm hökumət, həm də müxalifət tərəfdarları", - deyə Putin vurğulayıb.,apa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR