Tədbirdə İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanının Olimpiya Komitəsinin prezidenti, şahzadə Abdullah bin Mosaad bin Əbduləziz əl-Səud, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və gənclər və idman naziri Azad Rəhimov iştirak edib.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında Azərbaycanın IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etmək hüququ barədə qərar qəbul olunub.