Bakıda I sinif şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə RƏSMİ MÜNASİBƏT

Bakıda I sinif şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması xəbərlərinə RƏSMİ MÜNASİBƏT
17:57 9 Yanvar 2015
147 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 53 saylı orta məktəbin şagirdinin müəllimə tərəfindən təzyiqə məruz qalması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

İdarədən Trend-ə daxil olan məlumatda deyilir: "Yanvarın 8-i axşam saatlarında 53 saylı orta məktəbin birinci sinfində oxuyan Məmmədli Dəniz Şamil qızının müəlliməsi Zülfiyyə Hacıyeva tərəfindən təzyiqə məruz qaldığına dair xəbərlər yayılıb. Yayılan xəbərlə bağlı bu gün BŞTİ-nin əməkdaşları və Bakı şəhəri BPİ Yasamal rayon Polis İdarəsinin əməkdaşları məktəbdə olublar".

Qeyd olunur ki, məsələ ilə əlaqədar valideyn övladının dermotoloji problemi olduğunu qeyd edib, bir neçə ay bundan öncə bu problemlə bağlı həkimə müraciət etdiyini bildirib. Eyni zamanda, valideyn xəbər yayılarkən işdə olduğunu bildirib.

Məlumatı Məmmədli Şəms Şamil qızı bacısının ibtidai sinif müəllimi Z.Hacıyeva tərəfindən təzyiqə məruz qaldığını zənn edərək yoxlamadan şəxsi Facebook səhifəsində bölüşüb. Bundan sonra məlumat xəbər və digər saytlarda yayılıb.

Məsələ ilə bağlı araşdırma davam edir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR