Bakıdakı dəlixanadan növbəti qaçış

Bakıdakı dəlixanadan növbəti qaçış
17:22 7 Aprel 2015
83 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Psixatriya Xəstəxanasından növbəti dəfə bir neçə xəstə qaçıb. Milli.Az-a daxil olan məlumata görə, ötən gün orada müalicə alan 3 xəstə dispanserin 9 saylı psixiatriya şöbəsini müəmmalı şəkildə tərk ediblər.

Ciddi şəkildə mühafizə olunan şöbədən xəstələrin necə qaçması maraq doğurur. Qaçanlardan biri tapılaraq xəstəxanaya qaytırılıb, digər bir nəfəri isə valideyni evində saxlayıb. Bir xəstədən isə hələlik məlumat yoxdur. Onun hərbi xidmətdə olan zaman xəstəxanaya yerləşdirildiyi deyilir.

Xatırladaq ki, 1 saylı Respublika Psixatriya Xəstəxanasında belə qaçışlar tez-tez təkrarlanır. Mart ayının əvvəlində biri Əsgər Anaları İctimai Birliyinin sədri Taisiya Qordeyevanın oğlu Leonid olmaqla 4 nəfər qaçmışdı.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR