Növbəti mərhələyə vəsiqəni təmin etməyimizə çox sevinirəm -

Mənim üçün ilk hissədəki epizodun düzgün qərar olmasını söyləmək çətindir. Düşünürəm ki, hakimin qərarıdır və o öz işini görür.

Metbuat.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının beşinci turu çərçivəsində "Qarabağ"la səfərdə qarşılaşan "Çelsi klubunun baş məşqçisi Antonio Konte oyundan sonra keçirilən mətbuat konfransında deyib.

“Bu gün növbəti mərhələyə vəsiqəni təmin etməyimizə çox sevinirəm. Komandamın oyunundan razı qaldım. Futbolçuların belə atmosferada oynamağı və azarkeşlərin daima komandaya dəstək olması sevindirici haldır”,- deyə baş məşqçisi bildirib.

Antonio Konte deyib ki, “Qarabağ”ın özünəməxsus oyun tərzi var. Hətta azlıqda qalmalarına baxmayaraq yaxşı mübarizə apardılar.

“Liverpul”la oyuna hazırlaşmaq üçün bir gün vaxtlarının olduğunu söyləyən baş məşqçi müsbət nəticə naminə əllərindən gələni edəcəklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR